featured-image-5808

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq.

“Dünəndən 5 rəqib barəsində məlumatımız var idi. Hamısı güclü rəqiblər idi. Macarıstan komandası ilə qarşılaşmalı olacağıq. Daha çox məlumat toplamağımız gərəkir. Daha yaxşı hazırlıq keçib bu komanda ilə başabaş oynaya bilərik”. (CBC Sport)

Qeyd edək ki, “Qəbələ” “Fehervar”la iyulun 21-də səfərdə, iyulun 28-də doğma meydanda qarşılaşacaq.

Bənzər xəbərlər