featured-image-6565

UEFA Konfrans Liqasında “Qəbələ”nin rəqibi olan “Fehervar” heyətini gücləndirir.

Msport.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Macarıstan təmsilçisi Rumıniya millisinin heyətində 1 oyun keçirən Klaudiu Bumba ilə müqavilə imzalayıb.

Vinger “Baya Mare”, “Tarqu Mureş”, “Hapoel” (Tel-Əviv), “Dinamo”(Buxarest) “Konkordiya Çayna”, “Adanaspor” klublarında çıxış edib. Onun son klubu Macarıstan“Kişvar”dası olub.

Xatırladaq ki, “Qəbələ” və “Fehervar” komandaları arasında görüşlər iyulun 21-də Macarıstanda, 28-də isə Qəbələdə keçiriləcək.

Bənzər xəbərlər