featured-image-9156

Rusiyanın ÇSKA klubunun sabiq futbolçusu Vladimir Ponomaryov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” və “Ferentsvaroş” (Macarıstan) arasında keçiriləcək oyunlarla bağlı fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, 82 yaşlı keçmiş müdafiəçi Macarıstan təmsilçisinin mərhələ adlayacağına 100 faiz əmin olduğunu bildirib:

“Çünki komanda Macarıstan çempionatının lideridir və orada güclü çempionat var. Stanislav Çerçesovun komandası cütün qalibi olacaq”.

“Qarabağ” “Ferentsvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Bənzər xəbərlər