"Ferentsvaroş"la "Qarabağ"ın şansları bərabərdir" - Rusiyalı mütəxəssis
Rusiyanın tanınmış məşqçilərindən biri Hacı Hacıyev Stanislav Çerçedovun rəhbərlik etdiyi “Ferentsvaroş”un Çempionlar Liqasındakı perespektivlərini qiymətləndirib.
Msport.az xəbər verir ki, Macarıstan klubu ÇL-in III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq:
“Mən “Ferentsvaroş”un nəticəsini çox yüksək qiymətləndirirəm və onlara görə çox şadam. Çerçesov bizim ölkədə çox tənqidlərə məruz qalmışdı. Həddən artıq neqativ danışan mütəxəssislər daha çox şəxsi amillərə görə bunu etmişdilər. Çerçesovun ambisiyaları var. O, nə olur-olsun, özünü inamlı hiss edir və komandasını çempionatda 1-ci yerə çıxardı.
O, bizim məşqçidir, rusiyalıdır. Hesab edirəm ki, ona dəstək olmaqla düzgün davranırıq. “Ferentsvaroş”la “Qarabağ”ın şansları təxminən bərabərdir. Lakin çox istəyirəm ki, bizim məşqçi komandasını Çempionlar Liqasının qrupuna çıxarsın”.
“Qarabağ”la “Ferentsvaroş” arasında ilk oyun avqustun 3-də saat 20:00-da Tofiq Bəhramov adaına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, Hacı Hacıyev 1983-1985-ci illərdə “Neftçi”də işləyib.