featured-image-5398

Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə Azərbaycan milli komandası dünən 1/4 final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək (1:0) yarımfinala vəsiqə qazanıb.

Msport.az xəbər verir ki, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib.

Onlar yarımfinalda komanda üzvlərinə uğurlar arzu ediblər.

Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib.

Xatırladaq ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.

media-287236631_2524973860972353_3847980428931029320_n media-287205672_2524973864305686_9182619102931147451_n media-287196618_2524973870972352_5231647909506656696_n media-287072989_2524973874305685_2853035911915719072_n

Bənzər xəbərlər