featured-image-29249

Dünya Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadiy Dvorkoviç Vüqar Həşimov Şahmat Akademiyasında aparılan işlərlə tanış olub.

Msport.az xəbər verir ki, Dvorkoviçə və Dünya Şahmat Federasiyasının vitse-prezidenti və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova Akademiyada görülmüş işlərlə bağlı ətraflı məlumat verilib, yeni layihələr və yarışların keçirilməsi müzakirə edilib. Eyni zamanda qonaqlar Vüqar Həşimov Muzeyi ilə tanış olublar. FIDE-nin prezidenti xatirə kitabına ürək sözlərini yazıb.

 

Bənzər xəbərlər