Füzuli Məmmədovun məşqçilər korpusu müəyyənləşdi
Yeni mövsümdən I Liqada “Şahdağ Qusar” komandasına rəhbərlik edəcək Füzuli Məmmədovun məşqçilər korpusu müəyyənləşib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yaylb.
F.Məmmədova onunla birgə “Karvan Yevlax”da işləyən Rafael Əmirbəyov və Rauf Mehdiyev kömək edəcəklər. Mehdiyev qapıçıların hazırlığına cavabdeh olacaq.
Bundan başqa, Əzəmər Ələkbərli də “Şahdağ Qusar”ın məşqçilər korpusunda yer alacaq.







