Füzuli Məmmədovun yeni iş yeri məlum oldu
I Liqada mübarizə aparacaq “Şahdağ Qusar”ın yeni baş məşqçisi məlum olub.
Msport.az xəbər verir ki, Elnur Abdullayevin istefasından sonra vakant olan posta “Karvan Yevlax”dan ayrılan Füzuli Məmmədov keçib.
Qeyd edək ki, 48 yaşlı mütəxəssisin öncə MOİK-ə rəhbərlik edəcəyi gözlənilirdi. Lakin o, Qusar təmsilçisi ilə müqavilə şərtlərini razılaşdırıb.
Bir müddət əvvəl Məhəmməd Bədəlbəyli “Şahdağ Qusar”ın yeni idman direktoru təyin olunmuşdu.







