“Gəncə” daha 3 legionerlə müqavilə bağlayıb
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini daha 3 legionerlə gücləndirib.
Msport.az xəbər verir ki, yeni mövsümdə Yüksək Liqada debüt edəcək komanda 3 rusiyalı voleybolçu – Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova ilə müqavilə imzalayıb.
Hər üç voleybolçu ilə anlaşmanın müddəti birillikdir. Tyuşeva son olaraq Rusiyanın “Voronej”, Balberova “Derjava”, Qotselyuk isə “Murom” klublarında çıxış edib.
“Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalılar Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında mübarizə aparacaq.