featured-image-40966

Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün yeganə matçında “Gəncə” “Şəki”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 78:66 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran “Gəncə” 6-cı pillədə qərarlaşıb. 8 xala malik qonaqlar sonuncu sıradadır.

Qeyd edək ki, tura dekabrın 17-də “NTD-İndiqo” – “Cəlilabad” görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Xəzri” “Sərhədçi”ni (117:100), “Xırdalan” “Neftçi”ni (102:80), “Sabah” isə “Sumqayıt”ı (105:79) məğlub edib.

Bənzər xəbərlər