featured-image-1351

“Kəpəz”in azarkeş qrupu olan “Kəpəz Ultras” klubun baş məşqçisi Yaşar Vahabzadəyə etiraz edib.

Msport.az xəbər verir ki, 1-ci divizionda bu gün keçirilən “Turan Tovuz”la səfər oyunundan sonra gəncəlilər tribunada kreativ  pankart açıblar –  “Nəticələriniz gözümüzü yaşardır”.

Azarkeşlər “Kəpəz”in 1-ci divizionunda uğursuz çıxışları səbəbindən bu addımı atıblar.

Qeyd edək ki, Gəncə təmsilçisi 1-ci divizionda hazırda 28 xalla 8-ci pillədə qərarlaşıb. “Kəpəz” bu gün qərb derbisində “Turan Tovuz”a 2:3 hesabı ilə uduzub.

Xatırladaq ki, “Kəpəz”in azarkeşləri bundan əvvəl “Keşlə-2″yə 0:2 hesabı ilə uduzduqları ev oyunundan sonra Y.Vahabzadəni istefaya səsləmişdilər.

Bənzər xəbərlər