Güləşçilərimizin finala gedən yoldakı rəqibləri məlum oldu
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş Avropa çempionatı davam edir.
Msport.az xəbər verir ki, yarışın ilk günündə milli komandamızın 4 üzvü yarımfinala yüksəlib.
Pəhləvanlarımızın finala gedən yoldakı rəqibləri məlum olub:
57 kq. Əliabbas Rzazadə – Simeone Piroddu (İtaliya).
70 kq. Hacı Əliyev – Vasile Diakon (Moldova)
79 kq. Səbuhi Əmiraslanov – Vasili Mixaylov (Ukrayna)
97 kq. Maqomedxan Maqomedov – Vladislav Baytsayev (Macarıstan)