featured-image-28323

AFFA İntizam Komitəsi “Səbail”i cərimələyib. Buna “dənizçilər”in səfərdə “Zirə”yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXX tur oyununda meydana gec çıxmaları səbəb olub.

Qərara qısaca münasibət bildirən komandanın baş məşqçisi Şahin Diniyev bunları deyib:

“Gecikdiyimizi düşünmürəm. Hakimin fitini nə zaman eşitdiksə, o vaxt da meydana çıxdıq”.

Qeyd edək ki, “Səbail” ikinci hissəyə gec çıxdığı üçün 2400 manat cərimə olunub

Bənzər xəbərlər