featured-image-6513

AFFA ilə müqavilə müddəti iyunun 30-da başa çatan Hakimlər Komitəsinin sədri Frits Ştuxlik qurumun rəsmi saytına açıqlama verib. Msport.az xəbər verir ki, avstriyalı mütəxəssis son illərdə pozitiv dəyişikliklər olduğunu deyib:

“Təkcə Premyer Liqa və I Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm”.

“Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam”!

 

 

Bənzər xəbərlər