featured-image-5151

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, Serbiyada keçirilən və qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

– Ağır keçən ilk hissədə texniki “brak”lar çox oldu. Oyunun gedişində dəyişikliklər etməli olduq. Dəyişiklik edib sanki normal oynamağa başladıq. Ancaq bizim problemimizi görürsüz, qol vəziyyətləri var, çərçivəyə düşə bilmirik. Bütün zərbələri qapıdan aralı vururuq. Rəqib də bizə qol vura bilərdi. Oyunun sonunda əla imkanınız oldu, sadəcə, çərçivəyə düşmək lazım idi. Ancaq adam qapıdan aralı vurur. Texniki səhvlər – problem budur. Görürsüz, biz qol vura bilmirik. Hücumçularla bağlı problem var. Valeri Qromkonu öndə oynatmalı olduq, halbuki o, hücumçu deyil.

– Hesab oyuna görə oldu? Oyunun gedişində nəsə oldu ki, buna hazır deyiıdiz?
– Yox, rəqib sürpriz etmədi, hesab 0-0-dırsa…futbol ədalətli oyundur. Futbolda isə ən əsası qol vurmaq lazımdır. Ona görə də qol vuran futbolçular xüsusi qiymətləndirilir. Əgər qol yoxdursa, qələbə də heç vaxt olmayacaq. Biz qol vura bilmirik, bizim əsas dərdimiz budur, ağır dərdimiz. Biz həmişə qalib gəlməyə çalışırıq. Ancaq rəqib də qələbə üçün çıxır. Meydanda sərt mübarizə getdi, çoxlu sarı vərəqə oldu. Baxımlı futbol alınmadı, ancaq mübarizə ən yüksək həddə idi.

– Belarus və Azərbaycan çempionatlarını müqayisə edə bilərsiz?
– Bizim çempionatın tempi sizin Premyer Liqaya baxanda elə də yüksək deyil.

Bənzər xəbərlər