featured-image-7759

“Neftçi”nin yeni transferi Qodsvey Donyo klub televiziyasına müsahibə verib. Msport.az xəbər verir ki, qanalı hücumçu “Neftçi” azarkeşləri qarşısında oynamağı səbirsizliklə gözlədiyini deyib:

“Əslində “Neftçi” haqqında çox məlumat eşitmişəm. Çox yaxşı oyun göstərən klubdur. Özündə top saxlamağı bacaran, gözəl oyun nümayiş etdirən və hər dəfə meydana qələbə üçün çıxan komandadır.

Ötən mövsüm Konfrans Liqasında “Neftçi”yə qarşı keçirdiyimiz oyunu (Donyo onda “Makkabi Hayfa” klubunda çıxış edirdi – red.)  xatırlayıram. Onlar sözün həqiqi mənasında gözəl oyun nümayiş etdirmişdilər. Eyni zamanda şəhəri də bəyənmişdim, çox gözəl idi. Bütün bu amillər mənim “Neftçi”yə keçidimdə rol oynadı.

Əlbəttə, bir neçə il şərəfini qoruduğun klub üçün istər-istəməz darıxırsan. Bununla belə, yeni komandaya keçdikdən sonra fikrini bütünlükdə ora cəmləyirsən və oradakı məqsədlərini müəyyənləşdirirsən. Buna görə də “Makkabi” artıq mənim üçün keçmişdə qalıb, bütün gücümü və diqqətimi “Neftçi” üçün cəmləməliyəm. Düçünürəm ki, çox yaxşı futbolçu və məşqçi heyətimiz var. Hazırlığımız öz qaydasında keçir. Əzmlə məşq edirik. Qarşıdakı rəsmi oyunumuza yaxşı hazırlaşırıq. Hər bir futbolçumuz öz üzərində yaxşı çalışır. Hamının fikiri məşqlərə yönəlib”.

27 yaşlı hücumçu “Neftçi”nin yoxlama oyunlarından da danışıb: “Son iki ərzində ilk oyunumuzu keçirdik, komanda yaxşı təsir bağışladı. Demək olar ki, qarşıya qoyulan tələbləri yaxşı yerinə yetirdik. Növbəti matçlarda daha yaxşı nəticələr əldə etmək üçün öz üzərimizdə daha çox işləməliyik. Bayaq vurğuladığım kimi, “Neftçi” gözəl oyun göstərən komandadır. O gün bir daha bunun  şahidi oldum. Aşağı təzyiq tətbiq edərək topu özümüzdə saxlamağa çalışırıq. Bu, bizim ilk oyunumuz idi. Komandada yeni futtbolçular var. Bir-birimizi daha yaxından tanımaq və növbəti görüşlərdə daha yaxşı nəticələr göstərmək üçün öz üzərimizdə çalışmalıyıq.

Məncə, ən önəmli amillərdən biri komanda yoldaşlarımla yaxşı münasibətdə olmağımdır. Bura yeni gəlmişəm. Caber və Kenni ilə bir-birimizi İsraildən tanıyırıq. Onlarla yaxşı münasibətim var. Eyni zamanda, Mbodj və Yusuf Lavalla tanış oldum. Onlar da mənim üçün afrikalı qardaşlarım kimidir. Hələ ki bu dörd nəfərlə daha yaxşı münasibətim var. Digər komanda toldaşlarımla da yaxşı münasibət quracağam”.

Donyo “Neftçi” azarkeşləri haqqında da fikirlərini bildirib: “Neftçi” fanatları qarşısında oynamağı səbirsizliklə gözləyirəm. Onlarla birgə yeni qələbələr qazanacağımıza ümid edirəm. Bilirəm ki, onlar çox heyrətamizdirlər. Azarkeşlərimiz bizi hər zaman – yaxşı və ya pis zamanlarımızda dəstəkləməlidirlər. Uğur qazanmağımız üçün hər zaman bir olmalı, bir çalışmalıyıq.

 

Bənzər xəbərlər