featured-image-83034

Milli komandaların oyunları ilə əlaqədar  Premyer Liqada yaranmış fasilədən istifadə edən “İmişli” və “Araz-Naxçıvan” yoxlama oyunu keçiriblər.

Msport.az xəbər verir ki, görüş İmişli klubunun  3:1 hesablı qələbəsi ilə başa çatıb. “İmişli”nin qollarını Azər Salahlı, Xəlil Mürsəlli və Françisko Morais vurublar.

“Araz-Naxşıvan”ın yeganə qolunu Patrik Andrade vurub.

Qeyd edək ki, “İmişli” növbəti yoxlama oyununu oktyabrın 3-də “Şəfa” komandasına qarşı keçirəcək. “Araz-Naxçıvan” isə oktyabrın 2-də “Neftçi” ilə qarşılaşacaq.

Bənzər xəbərlər