featured-image-33154

“Budaq özünü yaxşı tərəfdən göstərmək istəyir. Biz də ona kömək etmək fikrindəyik. Düzdür, neçə il futboldan ayrı qalıb. Amma məşqlərdəki istəyi və hərəkətliliyi xoşumuza gəlir. Özü də bilir ki, futbola qayıtmaq üçün çox çalışmalıdır”.

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib.

Tovuz təmsilçisi bu gün yetirməsi Budaq Nəsirovla 3 illik müqavilə imzalayıb. 41 yaşlı mütəxəssis təqribən 4 ilə yaxın futbolsuz qalan yarımmüdafiəçinin tezliklə formasını bərpa edəcəyinə inandığını bildirib: “Çünki istəklidir. Allah zədədən qorusun. Komanda ilə təlim-məşq toplanışı keçməsi önəmlidir. Ümidliyik”.

Transfer çalışmalarına da toxunan Abbasov bir yarımmüdafiəçi istədiyini vurğulayıb: “Yaxın günlərdə onu da bitirəcəyik. 3-4 futbolçu ilə danışıqlar gedir. Hansından cavab gəlsə, onunla da anlaşacağıq”.

Bənzər xəbərlər