İsrailin Azərbaycandakı səfiri "Makkabi" - "Zirə" oyunundan nə yazdı?
İsrailin ölkəmizdəki səfiri Corc Dik UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Zirə” – “Makkabi Tel Əviv” oyununu “Dalğa Arena”da izləyib. Msport.az xəbər verir ki, diplomat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Yaxşı oyun oldu bu gün! “Makkabi”ni qələbə münasibəti ilə təbrik edirəm. Hərçənd “Zirə” ən azı bir qol vurmağa layiq idi. Amma bu futboldur. Günün ən böyük qalibi İsrail -Azərbaycan dostluğu oldu”.







