featured-image-28321

“Cəzaya münasibətim necə olacaq? Belə çıxır ki, orda mən rəqib futbolçuları təhqir etmişəm, cavab qaytaran olmayıb?”

Bunu Msport.az saytına açıqlamasında “Turan Tovuz”un qapıçısı Kamal Bayramov deyib.

“Kəpəz”lə çempionat oyunundakı (0:1) insidentə görə 3 oyunluq cəzalandırılan qolkiper AFFA İntizam Komitəsinin qərarını şərh edib:

“Məncə, qalmaqal olanda hər iki tərəfə cəza verilir. Qərardan elə çıxır ki, mən söymüşəm, onlar cavab verməyib. Bu isə absurd bir şeydi. Orada elə bir oğlan tanımıram ki, söz altında qalsın. Davada təhqir də olur, əl-qol hərəkətləri də. Bunlar birtərəfli baş vermir. Guya, Kamal orada tərbiyəsizlik edib, rəqib futbolçular da durub baxıblar. Qərar verəndə araşdırmaq lazımdır. Deyəsən, bir dənə kamera gətirib mənim ağzımın içini çəkiblər. Əks tərəfi niyə göstərmirsən? Bəlkə mənə güllə, raqatka ilə daş atırlar? Baxıram, “Kəpəz”dən heç kim cəzalanmayıb. Niyə? Rəqib oyunçular o qədərmi acizdirlər? İnanmıram. Orada elə uşaqlar var ki!”

Bənzər xəbərlər