Kamran Quliyev fasilədə Rəşad Əhmədovu söyüb - Onun üstünə şığıyıb
“Neftçi”nin prezidenti Kamran Quliyev AFFA İntizam Komitəsinin qərarına əsasən, Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klubu 4000 manat ziyana salıb. Ona 6 aylıq sınaq müddəti təyin edilib. İntizam Komitəsinin qərarında səbəb kimi “Turan Tovuz”la matçda Quliyevin rəsmi şəxslərə qarşı işlətdiyi ifadələr göstərilib.
Msport.az hadisənin təfərrüatını öyrənib. Baş hakimi Rəşad Əhmədovun ilk yarının sonlarında VAR-a baxdıqdan sonra Tovuz klubunun qapısına təyin olunmuş penaltini və Xulu Siyandaya göstərilmiş ikinci sarı vərəqəni ləğv etməsi “ağ-qaralar”ın rəhbərini özündən çıxarıb. O, fasilədə stadionun tunelində hakimlər briqadasını söyüb, Əhmədovun üstünə gedib. Adətən, təmkinli, sakit görməyə öyrəşdiyimiz Quliyevi çətinliklə sakitləşdiriblər. Hətta referi də “Neftçi”nin prezidentinin bu cür hərəkətindən təəccüblənib.
Ən maraqlısı isə odur ki, K.Quliyev inanclı şəxsdir və Ramazan ayı boyu oruc tutub. Oruc tutan adamın söyüş söyməsi isə…İnanmaq istəməsək də, ortada İntizam Komitəsinin qərarı və şahidlərin söylədikləri var.







