Kamran Quliyev vəzifəsindən azad edilib - RƏSMİ
Kamran Quliyev “Neftçi” klubunun prezidenti vəzifəsindən azad edilib.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yaylb. 2018-ci ildən “ağ-qaralar”a rəhbərlik edən Quliyevin rəhbərliyi dövründə “Neftçi”ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
Qeyd edək ki, Msport.az saytı Kamran Quliyevin bir neçə gün öncə işdən uzaqlaşdırıldığını yazmışdı.







