featured-image-33561

Aleksey Kaşuk “Sabah”la vidalaşıb.

Msport.az xəbər verir ki, 23 yaşlı ukraynalı futbolçu bununla bağlı instaqram hesabında paylaşım edib:

“Hardan başlayacağımı bilmirdim. Böyük komanda və böyük insanlarla vidalaşmaq çətin və emosional bir andır. Bəzən hissləri ifadə etmək və bu məktubu yazmaq çətin olur. Əla vaxt keçirdiyim, unudulmaz anlar yaşadığım “Sabah”dan ayrılıram. Təcrübələrini mənimlə bölüşən və mənə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Rəhbərliyə, məşqçilərə, bütün heyətə, həkimlərə, klub işçilərinə təşəkkür edirəm, onların sayəsində özümü çox sevilən və əziz hiss edirəm.

Klubun hədəflərinə çatmasına futbolçu kimi kömək etmək üçün gəldim və sizin köməyinizlə buna nail olduq. Ailəm və mən klubda, ölkədə gördüyümüz xoş qarşılanmaya, sevgiyə görə sizə sonsuza qədər minnətdar olacağıq”.

Kaşuk 2022-ci ilin martında “Şaxtyor”dan icarə əsasında “Sabah”a keçmişdi.

Bənzər xəbərlər