featured-image-83261

“Kəpəz” bu gün iki yoxlama oyunu keçirib.

Msport.az xəbər verir ki, Gəncə klubu səhər saatlarında U-19 millisi ilə, axşam isə “Gəncəbasar”la qarşılaşıb.

U-19-la matç 2:2 hesabı ilə heç-heçə başa çatıb. “Kəpəz”in qollarını Turqut Mustafazadə və Şakir Seyidov vurub.

“Gəncəbasar”la oyunda da qalib müəyyən olunmayıb – 1:1. “Kəpəz”in yeganə qolunun müəllifi Namiq Ələsgərov olub.

 

Bənzər xəbərlər