featured-image-6224

Premyer Liqanın debütantı “Kəpəz” daha bir transferini açıqlayıb.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Elvin Yunuszadə ilə müqavilə bağlayıb. 29 yaşlı mərkəz müdafiəçisi ilə anlaşma 1 illikdir.

“Neftçi”, “Qarabağ”, “Səbail”, “Şkupi”, “Keşlə” kimi klublarda forma geyinmiş təcrübəli futbolçu uzun müddət idi ki, klubsuz idi. O, sonuncu dəfə 27 sentyabr 2020-ci ildə “Şkupi”nin heyətində “Struqa” ilə matçda meydana çıxıb.

Bənzər xəbərlər