featured-image-82767
“Kəpəz” milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranacaq fasilə dövründə 2 yoxlama matçı keçirəcək.
Msport.az xəbər verir ki, Gəncə klubu oktyabrın 2-də Azərbaycanın U-19 millisi ilə qarşılaşacaq. Görüş saat 12:00-da başlayacaq.
Həmin gün saat 17:00-da isə  “Kəpəz” I Liqa təmsilçisi “Gəncəbasar”la üz-üzə gələcək.
“Sarı-göylər”in məşqçi korpusu eyni gündə bütün futbolçuların oyununu izləmək üçün heyəti iki hissəyə ayıracaq
 Hər iki matç Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçiriləcək.

Bənzər xəbərlər