featured-image-7013

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Kəpəz” yay təlim-məşq toplanışı dövründə yoxlama oyunları keçirəcək.

Msport.az xəbər verir ki, Gəncə klubunun rəqiblərindən ikisi artıq məlumdur.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, bu komanda iyulun 10-da “Səbail”, ayın 14-də isə “Sumqayıt”la qarşılaşacaq.

Paytaxt təmsilçisi ilə görüş Bakı Olimpiya Stadionunda olacaq. “Sumqayıt” ilə oyun isə rəqib meydanında keçiriləcək.

Bənzər xəbərlər