featured-image-5557

“Keşlə”nin (indi “Şamaxı” adlanır) sabiq hücumçusu Anatoli Abanq özünə Kamerunda toy edib.

Msport.az xəbər verir ki, paytaxt Yaounde şəhərində keçirilən məclisdə futbolçunun yaxınları iştirak ediblər.  Qeyd edək ki, Abanq azərbaycanlı Adelya xanımla ailə qurub. Cütlük hücumçu hələ “Keşlə”də çıxış edərkən Bakıda da toy məclisi qurmuşdular.

25 yaşlı forvrd hazırda Birləşmiş Ərəb Əmirliyinin “Əl Bataeh” klubunda forma geyinir.

Cütlüyün bir övladı var.

 

Bənzər xəbərlər