featured-image-18323

Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Respublika kubokuna start verilib.

Msport.az xəbər verir ki, “Low kick” və “Full Contact” versiyası üzrə keçirilən yarış 2023-cü il üçün milli komandaların heyətini müəyyənləşdirmək məqsədi ilə keçirilir.

Dekabrın 9-da, saat 16:00-dan etibarən yarışın qala gecəsinə start veriləcək. Qala gecədə böyüklər arasında seçilmiş 10 final görüşü olacaq.

Həmin gün Milli Məclisin sədr müavini, AKF fəxri prezidenti Adil Əliyevin iştirakı gözlənilir.

Bənzər xəbərlər