featured-image-26604

Kolumbiyalı qadın boksçu Anji Valdes Azərbaycandan təklif alıb.

Msport.az-ın məlumatına görə, bu barədə idmançı özü açıqlama verib.

O bildirib ki, hadisə 2019-cu ildə baş verib: “Beynəlxalq turnirdə 3-cü yeri tutduqdan sonra Azərbaycanı təmsil etmək təklifi ilə gəldi. Məşqçi dedi ki, aylıq 1500 dollar maaş alacaqsan. Həmin vaxt ailəmdə vəziyyət o qədər də yaxşı deyildi. Anam həbsdə olduğundan təklifi qəbul etdim. Lakin sonradan federasiya məni yenidən ölkəmə qaytardı”.

Cahid

Bənzər xəbərlər