featured-image-39888

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.

Federasiyanın mətbuat xidmətindən Msport.az saytına verilən məlumata görə, o, kişi voleybolçular arasında Çağırış Kubokunun 1/16 final matçının supervayzeri təyin edilib.

Z. Gözəlbəyli noyabrın 21-də Bakıda “Xarı Bülbül Şuşa” və Yunanıstanın “Panatinaikos ATHENS” klubları arasında keçiriləcək qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri türkiyəli Ramazan Çevik və monteneqrolu Yelena Mitroviç olacaq.

Bənzər xəbərlər