featured-image-5751

İyunun 15-də İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.

Msport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə ölkəmizi turnirdə təmsil edəcək “Neftçi”, “Zirə” və “Qəbələ”nin də rəqibləri məlum olacaq.

Püşkatma mərasimində hər 3 klubu baş menecerlər – “ağ-qaralar”ı Qədir Həsənov, “Zirə”ni Elman Himayətoğlu və “Qəbələ”ni Nail Kərimov təmsil edəcəklər. Klublarımızın nümayəndələri bu gün gecə saatlarında İsveçrəyə yollanacaqlar.

Bənzər xəbərlər