featured-image-5739

Polşanın “Lex” (Poznan) komandasının məşqçisi Matsey Kendziorek UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a rəqib olmaları barədə danışıb.

Msport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Kiminlə mübarizə aparmağımızdan asılı olmayaraq, biz “Lex”ik və bunun öhdəsindən gəlməliyik. Bu düşüncə ilə meydana çıxacağıq, hədəfimiz növbəti mərhələyə yüksəlməkdir.

“Qarabağ” milli çempionatda əsas rəqibi “Neftçi”ni 19 xal qabaqlayaraq çempion olub. Baş məşqçiləri 2008-ci ildən 4-2-3-1 sisteminə üstünlük verən Qurban Qurbanovdur. Hücumda ən böyük qüvvələri braziliyalı Kadi Borges və seneqallı İbrahima Vadjidir. Yaxın müddətdə onları daha ətraflı təhlil edəcəyik”.

Polşalı məşqçinin fikrincə, ilk matçın harada baş tutması o qədər də önəmli deyil: “Əvvəllər səfər qolu üstünlüyü qaydası qüvvədə olanda cavab matçını evdə keçirmək yaxşı hal idi. “Qarabağ”la ilk matçdan üç gün sonra Polşa Super Kubokunda “Rakuv”la üz-üzə gələcəyik. Bu baxımdan səfərin olmaması bizim üçün yaxşıdır. Amma hər şeyə meydanda aydınlıq gələcək. Hər bir detala diqqət yetirəcəyik. Azərbaycanda havaların isti keçməsi aspektinə də hazırlaşacağıq”.

“Qarabağ”ın “Lex”lə ilk oyunu 5-6 iyulda səfərdə, cavab görüşü 12-13 iyulda Bakıda baş tutacaq.

Bənzər xəbərlər