featured-image-6094

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Lex” klubunun yeni baş məşqçisi müəyyənləşib. Msport.az xəbər verir ki, Polşa klubunu Con van den Brom çalışdıracaq.

Niderlandlı mütəxəssislə iki illik rəsmi müqavilə imzalanacaq. O, sabah komandanı ilk məşqə çıxaracaq.

“Qarabağ”la “Lex” arasındakı ilk oyun iyulun 5-də “Poznan” stadionunda keçiriləcək. Cavab qarşılaşması isə iyulun 12-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

media-32e98388-bf7e-4eb0-8c0b-1fb5ec532e7c

Bənzər xəbərlər