featured-image-33578

“Linkoln”la Cəbəllütariqdəki matç təlim-məşq toplanışından sonra “Qarabağ”ın ilk rəsmi oyunu idi. Bu cür görüşlər hər komandaya çətinlik törədir. Futbolçular istənilən formada olmurlar. Hamı kimi, “Qarabağ” da bu problemlə üzləşir”.

Bunu Msport.az saytına açıqlamasında “Qarabağ” Futbol Akademiyasının yeni koordinatoru Aftandil Hacıyev deyib.

Ağdam klubunun Bakıda “Linkoln”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının cavab oyunu barədə fikirlərini bölüşən mütəxəssis əvvəlcə Cəbəllütariqdəki ilk görüşü şərh edib:

“Oyun baxımından zəif çıxış etdiklərini deyə bilmərəm. Məncə, hər şey tam nəzarət altında idi. Sadəcə, səfər oyunu, meydança amili, isti hava gücləri bərabərləşdirməsə də, rəqib üçün əlverişli ab-hava yaratmışdı. Çətin oyun olacağı gözlənilən idi. Belə matçlarda yüksək əhval-ruhiyyədə oynamaq çox çətin olur. Həm hava, həm də meydança ilə mübarizə aparmalı olurlar. Amma bütün hallarda vacib olan qələbə idi ki, minimal hesabla olsa da, qazanıldı. Bu nəticədən sonra “Qarabağ” cavab qarşılaşmasında daha rahat oynayacaq.

Hacıyevin fikrincə, Bakıdakı oyunda böyükhesablı qələbə mümkündür: “Amma rəqib də göstərdi ki, təcrübəli futbolçulara malikdir. Yaşları çox olsa da, təcrübələri hesabına az səhv edirlər. Böyükhesablı qələbə olmasa belə, əsas odur ki, ilk görüş “Qarabağ”ın xeyrinə nəticələnib. Rəqibə qalibiyyət daha çox lazımdır. Bu məqsədlə hücuma atılsalar, qapanmasalar, “Qarabağ” böyük hesab fərqilə qalib gələ bilər. Amma evdəki kimi taktika seçsələr, ilk matçın mənzərəsi təkrarlana bilər”.

Qeyd edək ki, iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. İlk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər