featured-image-37773

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova cari mövsüm ilk kuboku qazanıb.

Msport.az xəbər verir ki, blokçunun şərəfini qoruduğu Macarıstanın “Vaşaş” klubu beynəlxalq yarışın qalibi olub.

Komanda Polşada keçirilən “Amica Cup 2023” hazırlıq turnirində yerli “Vrotslav” klubunu 3:1, Almaniyanın “Drezdner” kollektivini 3:2 və Çexiya təmsilçisi “Dukla Liberets”i 3:2 hesabı ilə məğlub edərək titula sahib çıxıb.

Bənzər xəbərlər