featured-image-1496

Oman milli komandasının baş məşqçisi Branko İvankoviç  Zaqreb “Dinamo”su və millimizin hücumçusu Mahir Emreli barədə danışıb.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis Xorvatiya çempionatının ardıcıl ikinci oyununda qol vuran 24 yaşlı hücumçu barədə bunları deyib:

“Arsen Venger deyirdi ki, “ən yaxşı futbolçuya belə, adaptasiyası üçün minimum 8-10 ay vaxt lazımdır”. Deyəsən, Emreli üçün Vengerin dediyindən daha az vaxt lazım oldu. Axı o, bura tamam başqa mühitdən, həm titulların, həm də tez-tez qol vurmasını gözlənilən kluba gəlib.

“Riyeka” ilə matçda meydana sonradan daxil olaraq qol vurdu. Bu da “Dinamo”nun geridönüşünün başlanğıcı oldu. Bəlkə də titul uğrunda mübarizədə önəmli xalları Emreli gətirdi”.

Bənzər xəbərlər