featured-image-1265

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo Zaqreb” Kiyev “Dinamo”su ilə Ukrayna xeyriyyə oyunu keçirəcək.

Msport.az verir ki, bu barədə Zaqreb klubunun rəsmi saytı məlumat yayıb. Aprelin 28-də “Maksimir” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bilet satışından əldə edilən gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.

Kiyev “Dinamo”su “Dinamo Zaqreb”lə yanaşı, Polşa “Legiya”sı, Türkiyə “Qalatasaray”ı, Rumıniya “Styaua”sı və Almaniyanın “Borussiya” (Dortmund) komandaları ilə də qarşılaşacaq.

Bənzər xəbərlər