featured-image-4997

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Azərbaycan yığmasındakı karyerasını başa vurmağa hazırlaşır.

Msport.az xəbər verir ki, təcrübəli futbolçu bu qərarını belə izah edib:

“Belə görünür ki, yığmada sonuncu ilimdir. Çünki fiziki cəhətdən çətinlik çəkirəm. İki “cəbhə”də mübarizə aparmaq ağırdır. Bütün fikrimi “Qarabağ”a yönəltmək istəyirəm. İlboyu istirahət üçün boş vaxtım olmur. Millinin düşərgəsindən qayıdandan sonra 4 günüm olacaq istirahət üçün. Sonra da yollanacam Avstriyaya. Etiraf edirəm ki, 33 yaşımda çatdırmıram”. (Futbol+)

Bənzər xəbərlər