featured-image-4578

Güləş üzrə milli komandamızın üzvü Mariya Stadnik “instaqram” səhifəsində maraqlı paylaşım edib. Msport.az xəbər verir ki, 8 qat Avropa, 2 qat dünya və dörd dəfə Olimpiya oyunlarının mükafatçısı olan idmançı belə yazıb:

“Bakıda yaşayaraq yeni insanlarla tanış oluram. Soruşurlar ki, “hardan gəlmisən, nə ilə məşğul olursan?”

Cavab verirəm: Ukraynadan, idmançıyam, 2007-ci ildən Azərbaycanı təmsil edirəm, qadın güləşi. Həmin anda “Bizdə Mariya Stadnik var, saçlarını da hörür” deyirlər. Gülə-gülə cavab verirəm ki, “tanıyıram onu”.

Mənimlə fəxr edən hər kəsə təşəkkür edirəm. İnsanların Mariya mən olduğunu bilməyə-bilməyə yaxşı fikirlər səsləndirməsi, çox xoşdur. Hörüklər mənim döyüş saç düzümümdür”.

media-WhatsApp Image 2022-05-29 at 11.48.52

Bənzər xəbərlər