featured-image-6703

“Çernomorets”in baş məşqçisi Roman Qriqorçuk sabiq klubu “Qəbələ”ni çalışdırdığı dönəmdən danışıb.

Msport.az xəbər verir ki, o, Ukrayna mətbuatına müsahibəsində belə deyib: “Çernomorets”dən sonra Azərbaycana və Qazaxıstana səyahətlər başladı. 13 min əhalisi olan Qəbələ Azərbaycanın kiçik şəhəridir. Burada komandann davamlı inkişaf və irəliləşlə  ardıcıl və iki dəfə dörd təsnifat mərhələsindən keçərək Avropa Liqasının qrup mərhələsində oynamağı bacardıq, möhtəşəm illər keçirdik.

Deyə bilmərəm ki, haradasa yaxşı,  haradasa  pis idi. Bu, fərqli dünyagörüşləridir. Xarici ölkədə uyğunlaşmaq, yerli insanlarla ünsiyyət qurmağın düzgün yolunu tapmaq böyük təcrübədir. Axı hər bir xalqın özünəməxsus xüsusiyyətləri var. Bu baxımdan mən Azərbaycandakı fəaliyyətimə diqqət yetirmək istəyirəm. Müsəlmanlar üçün vacib olan  Ramazan ayında  oruc tutanda hamı, o cümlədən futbolçular gün batana qədər bütün günü heç nə yeyib-içmir. Bəs idmançı bütün günü yemək yeməsə, onun effektivliyi nə olacaq? Amma mən Azərbaycanda yerli adətlərə və dini baxışlara hörmət etməli idim”.

Xatırladaq ki, Qriqorçuk 2015-18-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub.

Bənzər xəbərlər