featured-image-7282

Stanislav Namaşko 2021-2022-ci illər mövsümü başa çatdıqdan sonra “Şamaxı” ilə yeni müqavilə bağlasa da, o, komandada qalmayacaq.  Moldovalı qapıçı komandanın məşqlərinə qoşulmayıb və yeni baş məşqçi Cavid Hüseynov onun xidmətlərində maraqlı deyil.

Msport.az-a açıqlama verən 35 yaşlı qolkiper karyerası ilə bağlı məsələlərə aydınlıq gətirdi:

“Mövsüm başa çatdıqdan sonra “Şamaxı” ilə yeni 1 illik müqavilə bağlamışdım. Ancaq sonradan klubda rəhbər dəyişikliyi baş verdi. Bildiyim qədəri ilə yeni baş məşqçi gəlib. Rəhbər dəyişikliyindən sonra “Şamaxı”nın sabiq baş meneceri Eldəniz Yusifovla əlaqə saxladım, o da bildirdi ki, kluba yeni şəxslər gəlib. Sonradan maraqlandım və məlum oldu ki, komandada legionerlər olmayacaq. Əsasən gənc yerli futbolçularla mübarizə aparacaqlar. Odur ki, belə demək mümkündürsə, mənim də “Şamaxı” karyeram başa çatdı. Düzdür, transfermarkt saytı məni hələ də “Şamaxı”nın oyunçusu kimi göstərib. Amma belə deyil və mən artıq yeni təkliflərə açığam”.

Xatırladaq ki, 2019-cu ildən “Şamaxı”nın şərəfini qoruyan Namaşko 77 oyunda meydana çıxıb.

 

Bənzər xəbərlər