"Məni Ştuxlikin sevimli hakimi sayırlar?" - Elçin Məsiyev
Azərbaycanda mövsümün hakimi seçilmiş Elçin Məsiyev AFFA Hakimlər Komitəsinin sabiq sədri Frits Ştuxlik barədə fikirlərini bildirib. Msport.az xəbər verir ki, FİFA referisi avstriyalı mütəxəssislə işgüzar münasibətlərindən danışıb:
“Məni Ştuxlikin sevimli hakimi sayırlar? Eşitmişəm (gülür). Açıq danışıram, istənilən sahədə və işdə rəhbərlərin sevimli işçiləri olur. Hakimlər Komitəsinin keçmiş sədrlərinin dövründə də belə olub. Görünür, Ştuxliklə futbola baxışımız üst-üstə düşdü və birgə işimiz alındı. Onun sədrliyi dövründə sıçrayış etdim.
Ona qədər uşaq-gənclər liqalarında hakimlik edirdim. Ştuxlikin gəlişi mənim kimi bir çox gənc hakimə şans yaratdı. Mən bu şansdan istifadə edərək, özünü ən yaxşı tərəfdən göstərə bildim”. (Azerisport)