featured-image-3062

Bakıda təlim-məşq toplanışını başa vuran 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Msport.az xəbər verir ki, “Sabah”ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb.

Millimizin heyətində Hüseyn Atayev və Ümid Səlimov fərqlənib.

Xatırladaq ki, U-15 daha öncə “Neftçi”nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılmışdı.

Bənzər xəbərlər