Millimiz 3 oyuna 31(!) top buraxdı!
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci turun seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
Msport.az xəbər verir ki, millimiz albaniyalı həmyaşıdları ilə qarşılaşıb. Matç Albaniya komandasının 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində 25-ci dəqiqədə Sara Səlimova və 32-ci dəqiqədə Məryəm Səmədli fərqləniblər.
Xatırladaq ki, Azərbaycanın U-17 komandası buna qədər İrlandiyaya 0:16 və Kosovoya 3:8 hesabı ilə uduzmuşdu.







