featured-image-5088

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Msport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gəlib.

Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən qarşılaşmanı isveçli hakimlər idarə edib. Bu oyunda qapılara qol vurulmayıb. Matçın sonlarında Azərbaycan yığmasının müdafiəçisi Qismət Alıyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Amma bu da matçın nəticəsinə ciddi təsir etməyib.

3-cü qrupun digər oyunu Slovakiya və Qazaxıstan yığmaları arasında baş tutub. Qazaxlar bu matçdan 1:0 hesabıyla qalib ayrılıblar.

Xatırladaq ki, Azərbaycan yığması ilk turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzmuşdu. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla məğlub olmuşdu – 0:1.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup

6 iyun

Belarus – Azərbaycan 0:0
Qırmızı vərəqə: Q.Alıyev, 84.
Baş hakim: Məhəmməd Əl-Hakim.
Serbiya. Novi Sad. “Karadjordje” stadionu.

Belarus: 12. Pavel Pavlyuçenko, 2. Danila Neçayev 4. Ruslan Xadarkeviç 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 7. Artyom Bıkov 8. Hlep Şauçenka. 11. Andrey Solovey, 14. Yevgeni Yablonski (k), 19. Valeri Boçerov, 20. Zaxar Volkov.
Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 3. Kiril Peçenin, 9. Maks Ebonq, 10. Eqor Boqomolski, 13. Dmitri Bessmertnı, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 21. Vladislav Klimoviç, 22. Roman Bequnov, 23. Valeri Qromiko.
Baş məşqçi: Georgi Kondratyev.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Qismət Alıyev, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Xal durumu: Qazaxıstan – 6, Slovakiya – 3, Belarus – 1, Azərbaycan – 1

Bənzər xəbərlər