featured-image-76353

Azərbaycan millisi bu gün “FIFA Series – 2026”da ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sumqayıtda Sent Lüsiya yığması ilə qarşılaşıb.  Bu,  millimizin 2026-cı ildə ilk oyunu olub.

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.

Komandamız Sent Lüsiya üzərində 6:1 hesablı qələbə qazanıb.  Bu, millimizin tarixinə ən böyükhesablı qələbə kimi düşüb.

Yığmamız martın 30-da Sumqayıtda Syerra Leone ilə üz-üzə gələcək.

“FIFA Series – 2026”

27 mart

19:00. Azərbaycan – Sent Lüsiya 6:1

Qollar: Emin Mahmudov, 2, (1:0), Rəhim Sadıxov, 21 (2:0),  Musa Qurbanlı, 37 (3:0), Filip, 52-pen (3:1), Toral Bayramov, 64 (4:1), Vüsal İsgəndərli, 87 (5:1), Rüstəm Əhmədzadə, 89 (6:1)
Baş hakim: 
Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bənzər xəbərlər