Millimiz ikinci oyununa çıxır
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Ukrayna ilə görüşəcək.
Matç Bakı vaxtı ilə saat 15:30-da başlanacaq. Yığma ötən gün meydan sahibi Latviyaya 0:3 hesabı ilə məğlub olub.
Milli noyabrın 26-dək davam edəcək çempionatda Gürcüstan, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.
AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.