Millimiz San Marinonu məğlub edə biləcəkmi?
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxacaq.
Msport.az xəbər verir ki,Ayxan Abbasovun baş məşqçi olduğu komandamız San Marino ilə qarşılaşacaq. Macarıstandakı “Haladaş” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:00-da start götürəcək.
Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, yığmamız Avstriya toplanışındakı ilk görüşdə Maltaya uduzub – 0:2.
Yoxlama oyunu
9 iyun
22:00. Azərbaycan – San Marino
Baş hakim: Marton Ruş (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu







