featured-image-6809

İstanbulda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Türkiyə yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb.

Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurub.

Qeyd edək ki, bu komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.

Bənzər xəbərlər